Belarus Ali Məhkəməsi bu gün blogger Aleksandr Lapşinin şikayətinə baxıb.
Mynews.az-ın xəbər verir ki, bu barədə Lapşinin vəkili məlumat verib.
“Mənə məhkəmə iclasında iştirak və çıxış etməyə icazə verdilər. Biz məhkəmədən ekstradisiya qərarını təxirə salmağı, Aleksandr Lapşini azad etməsi ilə bağlı qətnamə çıxarılmasını istədik”, - vəkil bildirib.
Məhkəmə A. Lapşinin şikayətini təmin etməyib. İclasda onun şikayətinin rədd edildiyi açıqlanıb.
Belarus Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olmadığına görə Ali Məhkəmə şikayət üçün son instansiya idi.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.
Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub