Türkiyənin Mersin Univeristetində tələbəsinə cinsi əlaqə təklif edən müəllim polis tərəfindən saxlanılıb.
Mynews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc tələb qız imtahandan kəslidikdən sonra müəllimi ona “sən ağıllı və çəkici qızsan, imtahandan yaxşı nəticə ələd edə bilərsən, hər şey səndən aslıdır” deyib.
Daha sonra isə müəllim gənc qızın telefonuna müxtəlif mesajlar yazaraq onu görüşə dəvət edib. Bu barədə polisə məlumat verən tələbə qız polisin planına uyğun olaraq müəlliminin onu dəvət etdiyi evə gedib. Bundan sonra isə evə gələn polislər müəllimi həbs ediblər.
Polisə ifadə verən müəllim bildirib ki, tələbəsinin ciddi problemləri olduğuna görə onu dostunun evinə dəvət edib orada onunla söhbət etmək istəyirmiş. Tələbə qız isə bildirib ki, müəllimi iki ildir ki, onu imtahanlardan kəsərək univeristeti bitirməsinə mane olurmuş. Müəllim tələbəsinə yalnız cinsi əlaqədən sonra qiymət yazacağını deyibmiş. Moderator.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub