Amerikanın Texas ştatında dəhşətli hadisə baş verib.
Mynews.az Milli.az-a istinadən bildirir ki, yeniyetmə ana iki körpəsini ölümə tərk edib.
19 yaşlı Amanda Havkins adlı qadın iki uşağını qızmar yay günündə isti avtomobilinin içərisində qoyaraq dostları ilə əylənməyə gedib.
Deyilənlərə görə, uşaqlar ağlasa da qadın onlara əhəmiyyət verməyib.
Havanın temperaturu 33 dərəcə olduğu zaman 15 saatdan çox şüşələri bağlı avtomobilin içərisində qalan iki uşaq istidən huşlarını itirib.
Avtomobilinin yanına qayıdan qadın uşaqlarının huşsuz vəziyyətdə gördükdə narahatlıq keçirib. O, uşaqları xəstəxanaya çatdırsa da, uşaqlar 1 saat sonra ölüblər.
Polis məsələ ilə bağlı araşdırma aparır. Qadın hakim qarşısına çıxarılıb. Onu qəsdən uşaqların ölümünə səbəb olduğu üçün 2 illik həbs cəzası gözləyir.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub