Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı qanlı qətliam baş verib.
Mynews.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Kratovo qəsəbəsində qeydə alınıb.
Agentliyin Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrova mətbuata bildirib ki, qəsəbə sakini olan yaşlı kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açmağa başlayıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Hadisə yerinə Rusiya xüsusi təyinatlıları, polis qüvvələri, hərbçilər cəlb olunub. İlkin məlumata görə, hadisəni törədən Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı İroq Zenkovdur. Bildirilir ki, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub. Atəş açan şəxsin sərxoş olduğu bildirir.
Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına da atəş açmağa başlayıb. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub