Ötən həftə Tehranda parlament binasına və Xomeyninin mavzoleyinə hücum edən İŞİD terrorçuları İran ərazisinə Ermənistandan keçib.
Mynews.az xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) başqanı Göksel Gülbey deyib. Bundan əvvəl ASİMDER başqanı Ermənistanın Əfqanıstandan 8 min muzdlu gətirərək Qarabağda yerləşdirdiyini iddia etmişdi.
Əsassız erməni iddialarına qarşı elə ermənilərin öz taktikası ilə mübarizə aparan Göksel Gülbey bu dəfə deyib ki, onun bölgədəki xəbər qaynaqları Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarında terror qruplaşmalarının təlim düşərgələrini açdığını təsdiq edir. ASİMDER başqanı bundan əvvəl Ermənistanın Qarabağda PKK düşərgəsi açdığı haqda dediklərinin “təsdiqini tapdığını” bildirib. O, qeyd edib ki, Ermənistan 2016-cı ildə Suriyada yaşayan ermənilərin bir hissəsini təyyarə ilə İrəvana gətirib, oradan onları Qarabağda məskunlaşdırıb.
“Bu gələn Suriya erməniləri içərisində İŞİD-çilərin ola biləcəyini Rusiya kəşfiyyatı da bildirmişdi. Aylar əvvəl gəlib yerləşən və Ermənistan üzərindən İrana giriş-çıxışında problem yaranmayan bu Suriya vətəndaşları həmin terror hücumlarını həyata keçirib. İran Türkiyə ilə birlikdə Qətəri dəstəklədiyi üçün hədəf seçildi”-ASİMDER başqanı bildirib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub