“Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib uğurla çıxa bilirlər. “Bordo Bereliler” ən böyük dövlət məmurlarının mühafizəsini də icra edirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər.
“Bordo Bereliler” dünyanın ən güclü hərbçiləri sırasındadır. 2004-cü ildə Almaniyada keçirilən hərbi yarışlarda xüsusi təyinatlılar arasında dünya birincisi seçilmişdilər. Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq “Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər.
“Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisinə tabe olurlar. Başqa da heç kimdəm əmr almırlar. “Bordo Bereliler” mövcud olan hər silahdan istifadə edə bilirlər.
“Ölüm maşını” adlandırılan bu əsgərlər heç bir zaman emosionallığa önəm vermir. Komandirlərinin əmrlərini 2 dəfə təkrarlatmırlar. Hətta komandirləri “Məni vur” desə belə, sorğusuz-sualsız onu vura bilərlər.
“Bordo Bereliler” dünyada yeganə hərbçilərdir ki, təlim zamanı bir-birilərinin başına hədəf nişanları qoyub güllə ilə atəş açırlar.
Onlar bunu “Güvən Atışı Təlimi” adlandırır. Yəni hərbçilər bir-birilərinə həyatlarını etibar edir. Və bu təlimi hər gün edirlər.
Kimisi üçün bu inandırıcı gəlməsə də onlar üçün bu, sadə bir işdir. Güllələrlə zarafat edən bu igidlərin olduqca çətin və ağır döyüş təlimləri var.
Dondurucu soyuqda və yüksək dərəcədə isti hava şəraitində xidmət edə bilirlər. Əlləri, qolları bağlı şəkildə dənizə atılsalar belə, sağ qalmağı bacarırlar.
Paraşütdən tullanma, qurbağa yemək və balıq kimi uzun müddət suyun altında qala bilmək üçün təlim alırlar. Xəritəni əzbərə öyrənirlər. Bütün coğrafi kodları bilirlər.
Düşmənin qurduğu ən çətin tələlərdən belə qurtulmaq üçün təlim alırlar. Psixoloji savaş aparmaq və işgəncələrə dayanma gücünə malikdirlər.
“Bordo Bereli”lər bir çox xarici dil öyrənirlər. Bu hərbçilərin hər biri ən azı 2 xarici dil bilir. “Bordo Bereli”lərə aid daha bir maraqlı detal isə onları heç kimin seçməməsidir. Yəni onlar “Bordo Bereli” olmaq üçün könüllü şəkildə müraciət etməlidir. Onların boyları 1.64sm– 2.10 sm arasında dəyişir.
Türkiyənin “Bordo Berelilər” kimi daha iki belə güclü silahlı komandosu var. Sas və Sat adı verilən bu qruplar da “Bordo Bereli”lər kimi ağır təlimlərdən keçirlər. SAS “Sualtı hücum” Sat isə “Sualtı müdafiə” deməkdir.
“Bordo Bereli”lər daha çox PKK terror təşkilatına qan uddurması ilə məşhurdur. Fərqli aralıqlarla keçirilən xüsusi təyinatıların hücum və müdafiə yarışlarında “Amor” və “Delta Force” kimi güclü silahlı qüvvələrə dəfələrlə qalib gəliblər. Hətta ümumi olaraq keçirilən bütün yarışlardan cəmi 2 dəfə məğlubiyyətlə qayıdıblar.
Adi Türk əsgərinin PKK terror təşkilatı ilə girdiyi silahlı insident 3 saat çəkirsə “Bordo Bereli”lər bu atışmanı 20 dəqiqəyə bitirir. Həm də terrorçuların hamısını öldürərək bitirir.
“Bordo Bereli” lərin maraqlı hekayələri
PKK-çıların mağarasında “Bordo Bereli”lər haqqında tapılan bir yazını da diqqətinizə çatdırırıq: “Əgər bir əsgər sizə durmadan atəş açırsa, bilin ki, o, təcrübəsizdir. Gülləsinin bitməsini gözləyin. Gülləsi bitdiyində gedib alnından vurun. Əgər sizi yalnız gördüyü zaman atəş açırsa, bu komandosdur. Qaçın canınızı qurtarın. Əgər sizi gördüyü zaman ortadan yox olursa, elə bilməyin ki, sizdən qorxub qaçır. Ətrafa səssizlik çökürsə bilin ki, o “Bordo Bereli”dir. Narahat olmayın, o, sizi tapar”.
***
2003-cü ildə ABŞ əsgərləri tərəfindən əsir alınan 11 Türk əsgəri arasında 2 “Bordo Bereli” var idi. 9 əsgərin başına torba keçirdilər. Lakin həmin 2 “Bordo Bereli”nin başına əli-qolu bağlı olsa belə, heç kim o torbanı sala bilmədi. Sonunda onların özünü diricə yekə torbanın içinə qoymuşdular.
Daha sonra onların “Bordo Bereli” olduğunu öyrənən ABŞ generalı Türkiyənin Baş qərargah rəisinə zəng edərək təşəkkür etmişdi: “Əsgərlərinizin göstərdiyi anlayış məni çox xoşbəxt etti. Tanrıya çox şükür bizim əsgərlərimizə bir şey etməyiblər”.
***
Əsir düşən bir PKK terrorçusuna suallar verən zaman o, maraqlı bir cavab vermişdi.
Həmin dialoqu diqqətinizə çatdırırıq:
– Türk əsgərinin gəldiyini necə anlayarsan?
– Bütün güllələrini sonuna qədər durmadan atırsa, Türk əsgəri olduğunu bilirik.
– Komandosun gəldiyini necə analyırsan?
– Güllələri dəqiqliklə atırsa, bu, Komandosdur.
– Bəs “Bordo Bereli”nin gəldiyini necə anlayarsan?
– İndiyə kimi “Bordo Bereli”ni görüb, yaşaya bilən PKK-çı yoxdur.
2015-ci ildə 16 Türk əsgərinin şəhid olmasının ardından bir qrup “Bordo Bereli” bütün əlaqələri kəsərək dağa çıxmışdılar. 12 “Bordo Bereli” PKK ilə atışmaya başlayıb 73 terrorçunu məhv etmişdi. Geri dönərkən özləri ilə 25 PKK terrorçusunu da sağ olaraq əsir tutub gətirmişdilər.
“Bordo Bereli”lərin ən yaddaqalan əməliyyatlarından biri də 9 saat içərisində Suriyadakı türbəni Türkiyəyə köçürmələri olmuşdu. 2015-ci ildə 38 “Bordo Bereli” Suriyada yerləşən Süleyman Şah türbəsini 9 saat içərisində Türkiyə ərazisinə köçürmüşdülər.
Onu da qeyd edək ki, bu əməliyyatda onlar sərhəddi keçmələrinə baxmayaraq tələsmədən bütün prosedurları yerinə yetirərək türbəni köçürmüşdülər. Süleyman şahın cəsədi oradan “Quran” oxunaraq çıxarıldı və Türk bayrağına sarılaraq yeni yerinə aparıldı.
2016-ci ildə Türkiyə Silahlı Qüvvələrinə “Bordo Bereli” qəbulu üçün tam 35 min müraciət daxil olmuşdu.
Musavat.com