Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə verməyə hazırlaşırlar.
Mynews.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu haqda “The Washington Post” yazıb.
İnformasiyaya əsasən, baş prokurorlar Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Onlar iddia edib ki, Tramp ardıcıl olaraq, şirkətinin maliyyə hesabatını yoxlayır.
“Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq”, - Karl Rasin vurğulayıb.
Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.
Bir müddət əvvəl vəkilləri Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub