Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya iqtisadiyyatını məhv etmək və yekunda RF-nin nüvə arsenalını ələ keçirmək üçün ölkə rəhbərliyini dəyişmək istədiyini ehtimal edib.
Mynews.az Oxu.Az-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin rejissor Oliver Stounun çəkdiyi filmdə verdiyi müsahibəsində bildirib. Film “Showtime” telekanalında nümayiş etdirilib.
“Bu fikir variantı, belə siyasət variantı mümkündür. Əgər bu belədirsə, bunun yanlış siyasət olduğunu düşünürəm, çünki Rusiya ilə münasibətə belə baxış gələcəyi hədəf götürməyib. Belə düşünən insanlar 25-50 il qabağı görmürlər. Əgər buna baxsaydılar, Rusiya ilə münasibəti başqa cür qurardılar və Rusiyanı öz vassallarına çevirməyə çalışmazdılar”, - Putin deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub