Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə və Qətərdən reyslər həyata keçirərkən Əmirliklərin hava məkanı və aeroportlarından istifadə etməyə icazə verib.
Mynews.az Oxu.Az-a istiandən xəbər verir ki, bir müddət öncə Fars körfəzinin, BƏƏ və Səudiyyə ərəbistanı da daxil olmaqla bir sıra ölkələri Qətərə uçan və oradan həyata keçirilən bütün aviareyslər üçün hava məkanlarını bağlamışdılar.
“Qadağa BƏƏ və Qətərdə qeydiyyatdan keçməyən aviaşirkətlər və təyyarələrə şamil edilmir”, - bu barədə çərşənbə günü agentlik məlumat yayıb.
Analoji qərar Səudiyyə Ərəbistanının mülki aviasiya İdarəsi tərəfindən də qəbul edilmişdi.
Bundan başqa, Qətər aviasiyası tərəfindən həyata keçirilən reyslər istisna olmaqla, özəl və çarter reysləri 24 saat öncədən icazə alaraq hava məkanına daxil ola bilərlər.
BƏƏ mülki aviasiya İdarəsi Qətərdə qeydiyyatdan keçən bütün aviaşirkətlər və təyyarələrə aeroportlarda eniş və BƏƏ hava məkanından keçidə qoyduğu qadağa barədə ilkin qərarını təsdiqləyib. BƏƏ, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrdən Qətərə olan reyslər ləğv edilib.
Xatırladaq ki, İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub