İsrail kəşfiyyatı amerikalı həmkarlarına xəbərdarlıq edib ki, İŞİD yaraqlıları təyyarələri partlatmaq üçün noutbuklardan istifadə edə bilər.
Mynews.az xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksəkvəzifəli şəxslərə istinadən The New York Times məlumat yayıb.
Nəşr qeyd edir ki, kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssisləri müəyyən ediblər ki, yaraqlılar portativ kompüterlər üçün batareyaya bənzəyən və aeroportda rentgen aparatını yanılda biləcək partlayıcı hazırlayıblar.
Bunu bir neçə ay öncə İsrail agentlərinin Suriyada partlayıcı qurğular hazırlayan terrorçu qrupun tərkibinə daxil olmaları nəticəsində üzə çıxarmaq mümkün olub.
Bu məlumatlar mart ayında əhalisi, əsasən, müsəlmanlardan ibarət olan səkkiz ölkənin on aeroportundan təyyarələrdə ABŞ və Böyük Britaniyaya böyük elektron qurğuların daşınmasına qadağanın meydana gəlməsinə gətirib çıxardı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub