"Belarusda terrorizmdə şübhəli bilinərək saxlanılan şəxslərdən biri Avropada terror aktı hazırlayırdı", - bunu MTK-nin sədri Valeri Vakulçik bəyan edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir.
“Sonuncu saxlanılan şəxs (Almaniyada) DİN orqanı əməkdaşları ilə bərabər keçirilən əməliyyat nəticəsində saxlanılıb. Baxış zamanı həmin şəxsdə partlayıcı qurğu aşkar edilib”, - Vakulçuka istinadən Sputnik Belarus agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən respublikada terror təşkilatına aidiyyəti olan səkkiz nəfər saxlanılıb. 2016-cı ildə bu göstərici 17, 2015-də isə 21 nəfərdən ibarət idi. Saxlanılan şəxslərdən biri Almaniyadan gəlib.
“Ölkəmizdə digər ölkələrdə olduğu kimi, belə hadisələrin baş verməsinə, insanların ölümünə yol verə bilmərik. Buna ciddi yanaşmalıyıq”, - MTK-nin sədri bildirib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub