Türkiyədə qəribə olay yaşanıb.
Mynews.az Milli.Az-a istinadla bildirir ki, Qaziantep şəhərində oğlan uşağı doğan anaya qız veriblər.
25 yaşlı Ebru Dudu adlı qadınla 27 yaşlı əri Harun Dudu xəstəxanaya gediblər. Onlara xəstəxanadan bildirilib ki, yeni doğulacaq körpələrinin cinsiyyəti kişidir. 2 oğlu olan ailə buna sevinib və onlar evi bəzəməyə başlayıblar.
Doğumun çətin olacağını düşünən qadın uşağı özəl xəstəxanaların birində doğub. 2 kiloqram ağırlıqda olan uşaq arıq olduğuna görə xəstəxanaya yatırılıb. Qadına oğlunun olduğu söylənilib və hesabatda da belə qeyd olunub.
Bunu eşidən ata hətta oğlunun adına rəsmi sənəd də açıb. Lakin 4 gün sonra qadın uşağını əmizdirməyə gedəndə şoka düşüb. Belə ki, qadının qucağına qız uşağı verilib və onun doğduğu iddia edilib. Tibb bacıları ona uşağı götürüb evə getməyi, əks təqdirdə isə onu uşaq evinə göndərəcəklərini tələb ediblər.
Çarəsiz ailə özəl xəstəxananı məhkəməyə verib. Məsələ ilə bağlı araşdırma aparılır.
Xəstəxananın baş həkimi məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, ailənin dediyi doğrudur, onların səhvi ucbatından belə hadisə baş verib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub