Əxlaqsız qadın! Mənim oğlum buna layiq idi?! Götür oynaşını da, rədd ol!
Orta yaşlı qadın bunu deyərək gəlinini vurub və evdən çölə, küçəyə itələyib.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Kolumbiyanın Medelyin şəhərində yaşanıb.
Gəlinin davranışından şübhələnən 63 yaşlı Mayra Mendes oğlunun evini pusmağa başlayıb. İki gün sonra o, yad kişinin evə girdiyini, saatlar sonra oranı tərk etdiyini görüb.
Mayranın böyük oğlu Fernando həmin zaman işdə idi.
İki gün sonra hadisə təkrarlanıb. Mayra da Fernandonun iki kiçik qardaşı və qonşularla birlikdə evə "basqın" edir.
Mayra Mendesin gəlini Esperensa qapını açanda "Nə baş verir, nə olub?!" soruşur. Gəlininin suallarına cavab verməyən Mayra evə girir, otaqları gəzməyə başlayır, "Hanı o, hanı o əclaf?!" deyir.
Sonda o, yataq otağına girib çarpayını kənara çəkir.
Çarpayının altında Esperensanın məşuqu vardı.
Mayranın oğulları bu məşuqu, qadının özü isə gəlinini döyməyə başlayırlar.
Axırda Mayra gəlinlə onun məşuqunu evdən qovaraq deyib: "Rədd olun! Götür məşuqunu da, itil! Bu andan etibarən oğlumun arvadı deyilsən!"
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub