Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu yaxın günlərdə Qətərə səfər edəcək.
Mynews.az cnnturk.com-a istinadən xəbər verir ki, bu barədə Çavuşoğlunun özü məlumat verib. Səfər iyunun 14-də baş tutacaq. Səfər çərçivəsində Çavuşoğlu Qətərin rəsmiləri ilə görüşüb regiondakı vəziyyəti müzakirə edəcək.
O qeyd edib ki, Qətərlə bağlı diplomatik böhranın aradan qaldırılması üçün lazım gələrsə, Səudiyyə Ərəbistanına da gedəcək.
Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra — Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb.
Xatırladaq ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası Dohanı terrorizm və ekstremist ideologiyanı dəstəkləməkdə ittiham edərək Qətərlə diplomatik münasibətlərin kəsildiyini elan edib. Bir sıra ölkələr digər, məsələn, dəniz və aviaəlaqənin kəsilməsi, bank əməliyyatlarının dayandırılması, Qətər diplomatlarının ölkədən göndərilməsi kimi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edildiyini elan ediblər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub