Londonda 27 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 6 nəfərdir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, faktı London polisi də təsdiqləyib.
Polisdən onu da xatırladıblar ki, gecə saatlarında baş vermiş güclü yanğın nəticəsində xəsarət alanların sayı, həqiqətən də, 50 nəfərə çatıb.
Hadisə yerində yanğınsöndürmə briqadaları işləyirlər.
12:12
Londonun qərbindəki Latimer-road küçəsində, Grenfell Tower yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, xəsarət alanlar xəsatəxanalara yerləşdirilib.
27 mərtəbəli yaşayış binasında baş verən və bütün binanı bürüyən yanğının səbəbləri məlum deyil.
London yanğınsöndürmə xidməti hadisə zamanı insan tələfatı faktını təsdiqləyib. Amma ölənlərin sayı haqqında dəqiq məlumat verilməyib.
11:16
İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır.
150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir.
Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
10:50
Londonda Grenfell Tower çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, bu barədə paytaxtın polis idarəsi məlumat yayıb.
“Londonun polis, yanğınsöndürmə bölməsi və təcili yardım xidmətinin əməkdaşları hazırda hadisə yerindədirlər.
Təxliyyə işləri aparılır”, - Skotland-Yardın bəyanatında deyilir. Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, ən azı 30 nəfər xəsarət alıb.
Polis paytaxt vətəndaşlarına yanğına yaxın rayonlardan mümkün qədər yan keçməyi tövsiyə edib. Təfərrüatlar açıqlanmır.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub