ABŞ-da başlarından bitişik siam əkizləri 11 saat davam edən əməliyyatla bir-birindən ayrılıb.
Mynews.az xezerxeber.az-a istinadla xəbər verir ki, Filadelfiya şəhərindəki Uşaq Xəstəxanası cərrahlarından doktor Jesse Teylor 10 aylıq qız bacılar Erin və Abby Delaneyin cərrahiyyə əməliyyatının uğurlu keçdiyini açıqlayıb.
Teylor “Siam əkizlərini ayırmaq son dərəcə mürəkkəb bir cərrahı əməliyyatdır. Əməliyyatdan sonra sağalma prosesi uzun çəkir. Delaney bacılarının əməliyyatı son dərəcə uğurlu keçdi”, - deyə bildirib.
Qeyd edək ki, Erin və Abby Şimali Karolina ştatında ötən ilin iyul ayında, vaxtından əvvəl doğulmuşdular. Başdan bitişik siam əkizləri döş qəfəsi, ya da qarnı bitişik siam əkizlərinə nisbətən daha nadir görünür.
Delaney bacıları son 60 ildə Filadelfiya Uşaq Xəstəxanasında başlarından əməliyyatla bir-birindən ayrılan 23-cü siam əkizləridir.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub