Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkənin paytaxtı Ankaradan İstanbula qədər piyada gedəcək.
Mynews.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu barədə partiya sədri özü açıqlama verib. O bildirib ki, ölkədəki ədalətsizliyi dünyanın diqqətinə çatdırmaq üçün belə bir yürüyüş həyata keçirəcək. CHP sədri deyib ki, o, sabah saat 11-də Ankarada Güvən Parkdan yola çıxacaq və əlində üzərində "Ədalət" yazılmış plakatla İstanbulda yerləşən Maltəpə həbsxanasına qədər gedəcək.
Kılıçdaroğlu bildirib ki, bu yürüyüşdə ona qoşulmaq istəyən şəxslər olsa da, olmasa da, o axıra qədər gedəcək.
Qeyd edək ki, bu gün Türkiyə məhkəməsi CHP-li deputat Enis Bərbəroğluna 25 il həbs cəzası verib. Kılıçdaroğlunun bu yürüyüşü də məhz bu qərardan sonra ortaya çıxıb. E.Bərbəroğlu dövlət sirrini yaymaqda təqsirli bilinir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub