Lesotonun yeni baş naziri Tom Tabanenin andiçmə mərasimindən bir neçə saat sonra xanımı güllələnib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Polis nümayəndəsinin sözlərinə görə, 58 yaşlı Lipolelo Tabane rəfiqəsi ilə şəhər kənarından qayıdarkən naməlum şəxs tərəfindən güllələnib. O, hadisə yerində dünyasını dəyişib. Rəfiqəsi isə xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə motivlər hələlik məlum deyil, araşdırma gedir.
Qeyd edək ki, baş nazir Tom Tabane və xanımı 2012-cü ildən ayrı yaşayırdılar.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub