Tədqiqatçı Reks Bann və Yeni Zelandiyanın Milli kitabxanasının əməkdaşı Saşa Holden dünyanın səkkizinci möcüzəsinin dəqiq yerini müəyyənləşdiriblər.
Mynews.az “National Geographic”ə istinadən məlumatına görə, müvafiq məqalə “Journal of the Royal Society of New Zealand” jurnalında dərc edilib.
Tədqiqatçılar “Çəhrayı və Ağ terraslar”ın (Otukapuaranqi) dəqiq yerini müəyyənləşdirməyə çaılışıblar. Bunun üçün onlar xəritəçi Ferdinand fon Xoştetterin 1859-cu il yazılarını öyrəniblər, həmçinin 1886-cı ildə baş verən hadisələri araşdırıblar.
Bann və Holden belə qənaətə gəliblər ki, “Çəhrayı və Ağ terraslar” Yeni Zelandiya ərazisində yerləşən Şimal adasında Rotomahana gölündən 9-15 metr dərinlikdə yerləşib.
Qeyd edək ki, dünyanın səkkizinci möcüzəsi 1886-cı ildə Taravera vulkanın püskürməsi nəticəsində dağılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub