Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, qonşusunun evində sandığın içində cəsədi tapılan 10 yaşlı Ceylin Atikin ölümü ilə əlaqədar nəzarətə götürülən 3 qonşu həbs olunub. Ş.T. adlı qadın ilə əri S.T. və qadının bibisi olan R.Ö. dünən gecə saatlarında prokurorluğa aparılıblar. Prokurorluqda ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 3 şübhəli barədə həbs qətimkan tədbiri seçilib.
Şübhəli qadın Ş.T. ifadəsində Ceylini öldürdüyünü etiraf edib. O, azyaşlı qızı babasından pul tələb etmək üçün oğurladığını da sözlərinə əlavə edib.
Xatırladaq ki, Ş.T.-nin ilk ifadəsində: "Ceylin binadan yıxılıb öldü, mən də qorxdum, sandıqda gizlətdim", - demişdi.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub