İŞİD terror qruplaşmasının silahlıları hazırda nəzarətlərində olmayan Şərqi Mosulun əsas su anbarını partladıblar. Mynews.az-ın “TASS”-a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində Dəclə çayının sol sahilində yerləşən su anbarı tam uçub, şəhərin şərq hissəsindəki evlərin əksəriyyətinə içməli suyun verilişi dayanıb. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə evə ciddi ziyan dəyib. Diversiya nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, İŞİD-in İraqdakı “paytaxtı” – Mosul şəhərinin azad edilməsi üzrə əməliyyat sentyabrın 17-dən davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub