Bir neçə gün əvvəl Türkiyənin Bursa şəhərində saxlanılan dilənçinin sərvət sahibi olduğu ortaya çıxıb. Onun üzərindən 450 min lirə (təxminən 210 min manat) pul tapılıb. Bundan sonra məsələdən agah olmayan insanlar onun haqqında müxtəlif qərəzli fikirlər səsləndirməyə başlayıb. Ancaq məsələnin əsasında başqa bir dram var.
Türkiyəli jurnalistlərdən biri H.Gül Kolaylı məsələni araşdırıb və bunları qeyd edib:
"Köhnə Bursa məhəllələrindən birində yaşayan və imkanlı ailə keçmişi olan əqli xəstə...
Anası ölənə qədər üst-başını təmizləyirdi. Tərtəmiz geyindirib, yedirib, içirib baxırdı. Amma 7-8 il əvvəl ana öldükdən sonra tək başına qaldı.
Ailədən qalan mülkləri satıldıqda, heç kim onun haqqını yemədi. Mirası banklara yatırıldı, faizə bağlandı. Muradiyə bölgəsindəki evin icarə haqları da ona vəsiyyət edilmişdi.
Sonra küçələrdən kağız toplamağa başladı ...
Ailə yaxınlarının yanında gətir-götür işləri görüb, təqaüdçü də oldu. Məhəllənin yerlisi olduğuna görə, onun əqli probleminin olduğu bilinir.
Küçələrdə kağız toplamağa başlayanda, qonşusu Rəhmətlik stomatoloq Çiğdem bacı ona qutu və şüşə toplamasını öyrətmişdi.
Yəni əqli çatışmazlıqları olan bir şəxs idi...
Xəstəliyi səbəbiylə də bu həyatı belə yaşayırdı. Bəlkə pərişan halını görən sədəqə verirdi, amma tanıyanlar dilənçi olmadığını söyləyir. İllərdir üzərində daşıdığı çantanı görənlər içində yemək olduğu zənn edirdilər.
Ehtimal ki, anasının ölümündən sonra təqaüdçü maaşı, icarə haqları, satdığı kola qutusu və şüşələrin pulları da daxil olmaq üzrə əlinə keçəni o çantaya doldururmuş . Yəni düşünüldüyü kimi o pulları dilənçilikdən qazanmış bir zəngin deyil . İndi nə olacaq? Əqli problemləri səbəbiylə özünü qoruya biləcək vəziyyətdə də deyil. Oğrusu, uğursuzu pul deyə başının üstünü kəsdirəcək".