ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib.
2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib.
Ancaq 19 yaşlı Erreranın cəzası, həbsdə bir il ərzində tətbiq olunacaq müalicəsi müvəffəqiyyətli keçərsə, təxirə salına bilər.
Milli.Az Times news-a istinadən xəbər verir ki, hakim Redni Stoker qərarını açıqlayarkən bu şərti vurğulayaraq: "Əgər şərtli təxliyəylə azadlığa çıxarsa, evlənmədiyi müddətcə heç vaxt cinsi əlaqəyə girməsinə icazə verilməyəcək", - deyib.
Hakim cinsi əlaqəyə girməmək qərarının Erreranın istintaqdan öncəki dindirilməsi zamanı cinsi əlaqəyə girmək üçün 34 qadını zorladığını etiraf etdikdən sonra alındığını deyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub