Londonun şimal-şərqində baş verən insident zamanı bir nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə London polisindən bildirilib.
Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
***
Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.
APA-nın məlumatına görə, bu barədə “Evening Standard” qəzeti xəbər verib.
“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə , insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb.
***
Londonda miniven tipli avtomobil piyadaları vurub, xəsarət alanlar var.
APA-nın xəbərinə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.
İlkin məlumata əsasən, hadisə məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. "Daily Mail" azı 10 nəfərin xəsarət aldığını, bir nəfərin saxlanıldığı bildirilir. İnsidentin terrorla əlaqəli olub-olmadığı araşdırılır.
Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra maşından düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
İyunun 3-də isə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.