Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib.
Mynews.az-ın məlumatına əsasən, bu barədə Publika.az news.am-a istinadən xəbər verir.
Məlumata əsasən, aviasiya festivalı iyunun 17-də başlanıb.
Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir.
Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş, ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib. Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də iştirak edib.
Diqqət çəkən məqam isə uçuşda qondarma DQR-in “bayrağı” rəngində olan təyyarənin Amerika istehsalı olan "CH 701" olmasıdır.
Uçuşlar işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata keçirilib.
Qeyd edək ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə, Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan planlarını təxirə salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə hazırlıq olduğu da istisna deyil.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub