Fransanın "Büje" atom elektrik stansiyasında baş verən yanğın söndürülüb.
Mynews.az Apa.az-a istinadən xəbərinə görə, bu barədə Reuters agentliyi yerli yanğından mühafizə xidmətinin nümayəndələrinə istinadən məlumat verib.
Məlumata əsasən, atom elektrik stansiyasının beşinci enerji blokunun damında əmələ gələn yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində zərərçəkən olmayıb. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.
***
Fransanın şərqində "Büje" atom elektrik stansiyasında yanğın baş verib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nüvə reaktorunun damında qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin məlumata əsasən, zərərçəkən yoxdur. Radiasiya səviyyəsinin artması qeydə alınmayıb. Qeyd edək ki, "Büje" atom elektrik stansiyası Lion şəhərindən 35 km aralıda yerləşir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub