ABŞ-ın nümayəndələr palatasında Respublikaçıların əksəriyyəti daha öncə Senat tərəfindən təsdiq edilmiş Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair səsverməni dayandırıblar.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Sanksiyaların tərəfdarlarının ümid etdiyi səsvermənin əvəzinə, qanun layihəsi sənədin mətnini qiymətləndirən Xarici işlər üzrə Komitəyə təqdim edilib. Əgər nümayəndələr palatası qanun layihəsinə dəyişikliklər edərsə, sənədin mətni ilə əlaqədar Senatla siyasi müzakirələr aparılacaq.
Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarı olan konqresmen Eliot Engel respublikaçıların layihənin baxılmasını dayandırmalarından narahatdır.
“Bu, prosesi ləngidəcək və Ağ evə Kremli məsuliyyətə cəlb etmək üzrə əsas səylərə kölgə salmağa zaman verəcək”, - Engel bildirib. O, təcili olaraq səsvermənin keçirilməsini tələb edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub