İstanbulun Maltəpə rayonunda yuyucu maddələrin istehsal edildiyi müəssisədə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər yaralanıb, yaxınlıqda park edilən avtomobil aşıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 13:00-da Maltəpə rayonunun Altayçeşmə məhəlləsində baş verib. Hadisənin müəssisənin qazanxanasında baş verdiyi iddia edilir. Partlayışın gücündən müəssisənin divarları çöküb. Hadisə yerinə yanğınsöndürənlər, polis və xüsusi xidmət əməkdaşları cəlb edilib.
Partlayış zamanı yoldan keçən və hadisə nəticəsində ağır yaralanan 21 yaşlı Ahmet S. xəstəxanaya yerləşdirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub