Türkiyə Hava Yollarının təyyarəsi havaya qalxdıqdan bir müddət sonra İstanbul aeroportuna geri qayıtmalı olub.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Haberturk telekanalı məlumat yayıb.
Göyərtəsində 101 sərnişin olan “Turkish Airlines” şirkətinin təyyarəsi Kazana istiqamət götürmüşdü.
Kanalın məlumatına görə, Boeing 737-800 təyyarəsi İstanbulun Atatürk aeroportundan bazar ertəsi yerli vaxtla 21.39-da səmaya qalxdıqdan bir müddət sonra geri qayıdıb.
Təyyarə kapitanı aeroporta qayıtmaq qərarına gəlib. Enişdən sonra təyyarə texniki baxış üçün anqara sürülüb. Məlumata görə, sərnişinlər Kazana digər təyyarə ilə uçublar.
Bazar ertəsi “Atlas Global” aviaşirkətin İstanbuldan Tbilisiyə uçan təyyarəsini ildırım vurmuşdu, nəticədə həmin təyyarədə Atatürk aeroportuna geri qayıtmalı olmuşdu.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub