Antalyada meşəlik sahədə 22 yaşlı Gülzar Turanı zorlayıb, boğazını kəsərək öldürən 44 yaşlı Cengiz Doka hökm oxunub.
Cengiz Dok məhkəmədəki ifadəsində törətdiyi hadisəyə görə üzüldüyünü söyləyib. Gülzar Turana rəhmət diləyən Cengiz Dok hadisə günü onunla pul qarşılığında əlaqəyə girdiyini, sonra bu hadisənin meydana gəldiyini söyləyib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Gülzar Turana təcavüz etmədiyini və işgəncə vermədiyini bildirən Dok "Ona 40 TL verdim. Pul qarşılığında əlaqəyə girdik ", - deyib.
Məhkəmə Cengiz Doka hökm oxuyub. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Antalyada keçən ilin 14 avqust tarixində Kəpəz Mahalında meşəlik sahədə başı daşla əzilib, boğazı kəsilərək öldürülmüş, yarıçılpaq vəziyyətdə bir qadın cəsədi tapılmışdı. Cəsədin Gülzar Turana aid olduğu təsbit edilmişdi.

1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub