Ümumdünya Ərzaq Proqramı (VPP) Somalidə aclığın başlana biləcəyi barədə xəbərdarlıq edib.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının (VPP) Somali bölməsinin rəhbəri Loran Buker ən yaxın vaxtlarda ölkənin 300 milyon dollar yardıma ehtiyacının olduğunu bildirib.
“Aclıq yaxınlaşır. O, hələ ki, elan edilməyib. Əgər vəziyyət dəyişməsə, aclıq olacaq”, - o deyib.
Buker əlavə edib ki, Somali üçün VPP proqramı yalnız 40 faiz maliyyələşdirilib: “Yaxın yarım il üçün daha 300 milyon dollar lazımdır. Bu 2,5 milyon insana kömək göstərməyə kömək edəcək”.
Hazırda VPP dörd ölkədə - Somali, Yəmən, Cənubi Sudan və Nigeriyada aclığın qarşısının alınması üzrə fəal işləyir. Bu ölkələrdə proqramın icrasına 1 milyard dollar lazımdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub