16 yaşlı qız məktəbliləri güllələdi - "Ürəyim sıxılırdı" DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR

637
16 yaşlı qız məktəbliləri güllələdi - "Ürəyim sıxılırdı" DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR

Müasir dövrdə gərgin iş həyatı və uzun sürən iş saatları insanların həyatına birbaşa təsir edir. Bazar ertəsi sindromu beş günlük sıx iş müddəti nəticəsində həyatımıza təsirini göstərir. İki günlük istirahət müddətində işin stresini atan insanlar yeni həftədə eyni qrafikə dönməkdə çətinlik çəkir.

Monoton iş həyatı yaşayan insanlar beş günlük gərgin iş saatlarındakı yorğunluğu iki günlük istirahətlə ata bilmir. Bu zaman bazar ertəsi sindromu qaçılmaz olur.

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün məhz həftənin bazar ertəsi hesab olunur. Bu sindrom həyatımızın böyük bir hissəsini əhatə edir. Emosionallığı və gərginliyi artıran depressiv vəziyyət insanlarda müxtəlif aqressiya, kobudluq, halsızlıq kimi müşahidə olunur.

Bu sindrom insan psixologiyasına o qədər təsir edir ki, hətta Kaliforniya ştatında yaşayan 16 yaşlı qız bu sindrom səbəbi ilə cinayət törədib.

Publika.az sizə bazar ertəsi sindromu ilə bağlı qandonduran cinayətləriylə tarixə düşən Brenda Ann haqqında maraqlı faktları təqdim edir:

Brenda Ann Spenser 1962-ci ildə Kaliforniyanın San Dieqo ştatında dünyaya gəlib. 16 yaşında törətdiyi cinayətlər onu bütün dünyaya tanıdıb.

Brenda San Dieqodakı evlərində keçirdiyi bazar ertəsi sindromu səbəbindən depressiyaya düşüb. Qız özünə məşğuliyyət tapmağın yollarını axtararkən əlinə silah alıb və 200 mərmi ilə evinin qarşısından keçən orta məktəb şagirdlərinə atəş açıb. Brenda 2 nəfər azyaşlını öldürdüyü, 9 nəfəri isə ağır yaraladığı üçün məhkum olunub.

Ailəsinin sözlərinə görə, o, hər gün intihar edəcəyini elan edirdi. Brendaya görə intiharın fərqli bir səbəbi olub. Yeni ildə hədiyyə olaraq radio istəyən qıza atası silah hədiyyə edib. Brenda düşünüb ki, ailəsi onu istəmir və bu silahıda özünü öldürməsi üçün ona hədiyyə ediblər.

19 yanvar 1979-cu ildə məktəbliləri qətlə yetirən Brendanın bu hadisələri törətməsinə səbəb yalnız bazar günü sindromu olmayıb. Gözəl görünüşə sahib 1,60 boylarında, arıq və qızılı rəngli uzun saçları olan 16 yaşlı Brendanın ailəsi ilə münasibətləri yaxşı olmayıb.

Həbs olunan Brenda "Mən bazar gününə nifrət edirəm" deyib. 25 il müddətinə azadlıqdan məhrum edilən qız həbsxanada psixoloji müalicə alıb. 2005-ci ildə həbs cəzası təkrar uzadılan Brendanın 2019-cu ilə qədər səhhətində irəliləyiş olduğu təsdiqlənərsə, o, azadlığa buraxılacaq.

16 yaşlı qız məktəbliləri güllələdi - "Ürəyim sıxılırdı" - DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR
16 yaşlı qız məktəbliləri güllələdi - "Ürəyim sıxılırdı" - DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR
16 yaşlı qız məktəbliləri güllələdi - "Ürəyim sıxılırdı" - DƏHŞƏTLİ HADİSƏ - FOTOLAR

 

Xəbər lenti