Əsrlərdir çürümədən günümüzə qədər gəlib çıxan qızın bədəni insanları heyrətə salır.
500 ildir yatan Llullaillak adlı bu qız 1996-ci ildə Çili və Argentina sərhədində təsadüfən aşkar edilib. O, aşkar edilən üç uşaq bədənindən yalnız biridir. Mumiyalar arasında 4 - 5 yaşlarında daha bir oğlan və bir qız uşağı da olub.
Bədənin üzərində aparılan araşdırmalar zamanı qızın çəkisinin artdığı məlum olub.
Bradford Universitetində aparılan analizlər sonrası qızın ölməmişdən əvvəl qurudulmuş lama əti, Misir pivəsi və kokain qəbul etdiyi üzə çıxıb. 15 yaşında olduğu və yuxusunda öldüyü təsbit edilən bu qıza "La Doncella" (Bakirə) adı verilib.
"Günəşin bakirələri" mənasını verən bu tip qadınlara Aklya Kona adı verilib. Aklya Kona İnk dinində məbədlərdə yaşayan və saflıq andı edən rahibələrə deyilir.
İnk sivilizasiyasına aid uşaq mumyalarının sirri çözülüb
Elm dünyasının uzun müddətdir ölüm səbəblərini tapmaq üçün çalışdığı mumiyaların pivə və kokain qəbul etdikdən sonra donaraq öldükləri aydın olub.
Mumiyaların aradan 500 il keçməsinə baxmayaraq yatırmış kimi görünməsi elm adamlarını heyrətləndirən məqamlardan olub.
Araşdırmanın şefi Dr. Andrew Vilson uşaqların saçlarından götürülən nümunələrdə yüksək dozalı narkotikin izinə rast gəldiklərini açıqlayıb.
Dr. Andrew Vilson: "Artıq uşaqların hansı yollarla öldüklərini bilirik. Uşaqlar qurban gediblər".
mənbə: milli.az



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub