Türkiyə polisinin Atatürk hava limanında həyata keçirdiyi əməliyyat nəticəsində Melis C. əslən İrandan olan N.H. adına saxta pasportla Qətərə keçmək istəyən qadın saxlanılıb.
İstanbul qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən insan alveri ilə məşğul olan qrupun üzvü kimi axtarışda olan qadın xaricə qaçmağa cəhd edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, haqqında 7,5 il həbs cəzası hökmü çıxarılmış Melis C. əslən İrandan olan N.H. adına saxta pasportla Dohaya getmək istəyib.
Axtarış zamanı daha iki saxta pasport aşkar edilib. Hava limanının müşahidə kameralarının görüntülərini izləyən polis əməkdaşları qadının xarici ölkəyə qaçmasına şərait yaradan 59 yaşlı M.Ç. adlı şəxsin də Qətərə getdiyi müəyyən edilib. Qətər mühafizə orqanları ilə əlaqə quran Türkiyə polisi həmin şəxsi saxlayıb. M.Ç. İstanbul polisinə təslim edilib. Dindirilmə zamanı Melis C.-nin həbs cəzasından yayınaraq xaricə qaçması üçün şərait yaradan və yardım edən bir neçə nəfər də saxlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub