Ərəb ölkələri Qətərə münasibətlərin normallaşdırılması üçün yerinə yetirməli olduğu tələblərin siyahısını təqdim ediblər.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı gözləyirlər.
Daha öncə Küveytin 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.
İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək, onunla diplomatik münasibətləri pozub. Sonradan Komor adaları, Yəmən, Maldiv, Mavritaniya və Liviya da onlara qoşulub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub