Donetsk separatçılarının “Somali” batalyonunun tanınmış komandiri “Givi” ləqəbli Mixayil Tolstıxın öldürüldüyü bölgədən görüntülər yayılıb. Onun oturduğu bina hücuma məruz qalıb və Givi öz otağında olarkən binaya raket atılıb. Binanın “93 millimetr kalibrli “Şmel” odsaçanı ilə vurulduğu deyilir.
Mynews.az Bizimyol-a istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın başlayıb.
Xatırladaq ki, “Givi” Ukraynanın cənub-şərqində, qondarma “Donetsk Xalq Respublikası”nda rusiyameyilli separatçı qüvvələrin komandiri idi.
“Givi” Rusiyanın dəstəklədiyi separatçıların ən qəddar və tanınmış komandirlərindən idi, onun batalyonu 2014-cü ildə Donetsk aeroportu uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdə Ukrayna ordusu ağır itkilər verib və aylarla davam edən döyüşlərdən sonra aeroportu tərk etməli olub.
Qeyd edək ki, Ukrayna xəritəsi son 3 ildə aşağıdakı videodakı kimi dəyişilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub