30 yaşlı Zahari Ross rəfiqəsinin baş dərisini qoparıb və pitbul cinsindən olan itini onun üzərinə "qısqırdıb". Səbəb isə patoloji qısqanclıqdır.
Mynews.az interaz-a istinadən xəbər verir ki, o, qızı lağa qoyduqdan sonra bıçağı götürüb və rəfiqəsinin baş dərisini kəsib. Cinayətkarın Merilinin (zərər çəkən) üzərinə "qısqırdığı" it qızın qulağını gəmirib.
Zahari sonda qızın dəri parçalarını toplayaraq paketə yerləşdirib və rəfiqəsinin anasının evi qarşısında qoyub.
Ana qızı aşkarlayan kimi dərhal xəstəxanaya yerləşdiriblər. Xəsarətlərlə yanaşı onun burnu sındırılıb. Zaharinin rəfiqəsinin üzünə və qarnına zərbələr endirdiyi də məlum olub.
Belə hərəkətə səbəb Zaharinin Merilin və övladını başqa kişi ilə bir kompaniyada sosial şəbəkədə görməsi olub.
Bununla belə 20 il müddətinə azadlıqdan məhrum edilən Zahari bütün günahın itdə olduğunu iddia edir. Guya pitbul Merilinə hücum edəb və o, rəfiqəsini qorumağa çalışıb. Lakin həkim rəyinə görə, qızın başındakı yaralar bıçaqla yetirilən xəsarətin izləridir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub