Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları zəvvarlara qarşı təşkil edilən terror aktının qarşısını alıb.
Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, kəşfiyyatın məlumatına əsasən, terrorçular Məkkədəki dünyanın ən böyük məscidinə terror aktı planlaşdırıblar. Bu barədə Səudiyyə xüsusi xidmət orqanlarının nümayəndəsi Mənsur əl-Turki məlumat verilib.
Bildirilir ki, terrorçular üç qrupdan ibarətdir. Onlar Məkkə və Ciddədə, dünyanın ən böyük məscidi-Əl-Haramda terror aktı həyata keçirməyi planlaşdırıblar. Məscidi hər il on minlərlə müsəlman zəvvar ziyarət edir.
Əməliyyat zamanı terrorçu xüsusi xidmət orqanı əməkdaşlarına atəş açıb. Sonra üzərindəki bombanı işə salıb. Həlak olan olmasa da, 5 nəfər xüsusi təyinatlı yüngül xəsarət alıb. Eyni zamanda, terror qruplaşmasının 5 üzvü həbs edilib. Onların arasında qadın da var.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub