Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.
Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16" və "Kalaşnikov" markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.
Digər 2 terrorçu isə artilleriyanın dəqiq qərbəsi nəticəsində Həkkarinin Çuxurca rayonunda məhv edilib.
O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub