ABŞ-ın Kaliforniya ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib.
Mynews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,
Mayın 6-da Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb.
Morqdan 82 yaşlı Frank J. Kerrigana zəng edərək xəbər veriblər. Morqdan ataya bildiriblər ki, cəsədin onun 57 yaşlı oğlu Frank M. Kerrigana aid olduğunu söyləyiblər.
Ata oğlunun meyitini tanımaq üçün gəlmək istədiyini deyəndə, buna ehtiyacın olmadığı, barmaq izləri ilə şəxsiyyətin müəyyən edildiyi bildirilib.
"Mən barmaq izləri söhbətini eşidəndə şübhə yerim qalmadı. Əgər barmaq izləri söhbəti olmasaydı mən ora bir ürək döyüntüsü zamanında çatardım" - deyib ata.
Bundan sonra, mayın 12-də ailə 20 min dollara 50 nəfərlik dəfn mərasimi təşkil edib.
11 gün sonra ataya dostundan telefon zəngi gəlib.
"Sənin oğlun sağdır, gözlə telefonu ona verim",-deyə dostu Bill Şinker deyib.
Məlum olub ki, morqda meyitin kimliyini yanlış müəyyən ediblər.
Barmaq izləri ümumiyyətlə tutuşdurulmayıb. Kerriganın kimliyini isə onun köhnə sürücülük vəsiqəsindəki şəkillə müəyyən ediblər. Ailə morqa övladlarının sağ olduğunu deyəndən sonra barmaq izlərinə baxılıb və həqiqətən səhvə yol verildiyi aydın olub.
İndi Kerrigan morqu məhkəməyə verməyi planlaşdırır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub