Qeyri-adi hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı da baş verib. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır. Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır.
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duman bürüyüb, qatar tunelə yaxınlaşdıqca duman qatılaşıb. Şahidlərin dediyinə görə, duman getdikcə yapışqan mayeyə çevrilib. Qatar tunelə girib və yox olub.
On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P.Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Onun qeydlərinə görə qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlib.
Leşatıy 1991-ci ildə qatarın pilləkənində yoxa çıxdı. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etmir. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar. Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub