Çinin xarici işlər nazirliyi bir qrip hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar ÇXR-in ərazisini dərhal tərk etsinlər.
Mynews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuanın bəyanatında deyilir.
“Çin Hindistanı ölkə sərhədləri barədə razılığa əməl etməyə, ÇXR-in ərazi bütövlüyünə hörmətlə yanaşmağa, sərhədi qanunsuz keçən hərbçi qulluqçuları dərhal geri qaytarmağa və Çin-Hindistan sərhədində sülhün qorunması üçün insidenti dəqiq araşdırmağa çağırır”, - bəyanatda deyilir.
Qeyd olunur ki, sərhədçilər Çin-Hindistan sərhədini Sikkim ştatı ərazisində keçiblər.
Qen Şuan əlavə edib ki, Çin tərəfi lazımi cavab tədbirləri görməyə hazırdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub