Türkiyədə ağılasığmaz bir xəyanətin üstü açılıb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, Aksaray rayonunda dəmir, polad fabriki sahibi olan Hakan Ç. ilk həyat yoldaşı Özlem Ç.-dan iki uşağı dünyaya gəldikdən sonra katibəsi Fatma Gül C. ilə birlikdə yaşamağa başlayıb. Katibəsindən də 2 uşağı olub. Keçən il katibəsini bıçaqla yaralayıb tərk edən Hakan Ç. bir müddət əvvəl Gül C. ilə eşq yaşamağa başlayıb. Bu vaxt müflis olan Hakan Ç. sevgilisiylə əməkdaşlıq edərək, ilk həyat yoldaşı Özlem Ç.-ya aid ev və digər mülkləri satışa çıxarmağa qərar verib.
Hicablı olan həyat yoldaşına bənzəməsi üçün hicab geydirdiyi Gül C.-nı notariusa aparan hakan Ç. keçmiş həyat yoldaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək, xanımı olaraq tanıtdığı sevgilisi vasitəsilə vəkalətnamə çıxarıb. Bu vəkalətnamə ilə yoldaşına aid 400 min lirə dəyərində iki torpaq sahəsini satan Hakan Ç. sonra yoldaşının 2 uşağı ilə birlikdə yaşadığı evi də satmağa qərar verib. Polislər şübhəli Ç.-nı izləməyə başlayıb və satışın reallaşacağı anda basqın edən polis qaçmağa çalışan "əri" tutub. Ç. ilə birlikdə sevgilisi Gül C. da həbs olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub