İraq parlamentinin yezidi əsilli millət vəkili Vian Dakhil İŞİD terror qruplaşmasının insanlığa sığmayan cinayətləri barədə danışıb.
Mynews.az xəbər verir ki, xanım Dakhil Misir televiziyasında çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib:
"Gənc bir qadın seks köləsi edilmək üçün qaçırılaraq 3 gün ac-susuz saxlanıldı, sonra ona bir qabda ət və bir az aş verildi. Aclıqdan ölməyə yaxın olan qadın yeməyi heç düşünmədən yedi. Sonra terrorçulardan biri ona biraz əvvəl 1 yaşlı oğlunu yediyini, uşağı kəsərək ona verdiklərini söylədi. Bundan başqa, terrorçular 10 yaşlı bir qızın meyitinə atasının gözləri önündə təcavüz etdilər”.
İŞİD-in vəhşiliklərindən ürək ağrısı ilə danışan Vian Dakhil 21-ci əsrdə yezidi qadınların qul kimi satıldıqlarını, onları terrorçulardan pulla satın alaraq xilas etdiklərini deyib. (axar.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub