İnternetdə tanış olduğu qadına görə...

586
İnternetdə tanış olduğu qadına görə...

Türkiyənin Konya şəhər bələdiyyə binasında 40 yaşlı kişi boğazına dirədiyi şüşə parçası ilə intihara cəhd edib.

Mynews.az xəbər verir ki, 40 yaşlı Kənan adlı şəxs səhər saatlarında Konya şəhər bələdiyyə binasının 4-cü mərtəbəsinə gələrək, bələdiyyə rəsmilərinə işsiz olduğunu deyib və sınmış şüşəni öz boğazına dirəyib. O, 800 lirəyə ehtiyacı olduğunu, bu pulu verməzlərsə, intihar edəcəyini deyib.

Hadisə yerinə gələn polislər ona əlindəki şüşə qırıntısını yerə atması qarşılığında həmin məbləğdə pulu yığıb ona verəcəklərini vəd ediblər. Polisin 1 saata yaxın söhbəti nəticəsində Kənan intihar etməkdən əl çəkib.

Kənanın internetdə tanış olduğu və Diyarbəkirdə yaşayan qadının yanına getmək üçün pul istədiyi məlum olub.

Bir müddət əvvəl həyat yoldaşından boşandığı deyilən Kənan tibbi müayinədən keçirilməsi üçün Konya təlim-tədris xəstəxanasına aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. (teleqraf.com)

 

 

Xəbər lenti