Ningenlər 5-100 metr arası boyları, ayaq və qolları olan, soyuq sularda yaşayan insanabənzər varlıqlardır.
Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Ningen əfsanəsi 1990-cı illərdə ortaya çıxıb. Deyilənə görə, onların var olmaları Yapon dənizaltıları tərəfindən aşkarlanıb. Yaponca insan anlamına gələn Ningen sözü ilk dəfə belə yaranıb. Bu paranormal hadisə ilk dəfə 2007-ci ildə “Mu” jurnalı tərəfindən gündəmə gətirilib.
Ningen əfsanəsinə görə, soyuq dənizlərdə yaşayan, inasanabənzər varlıqlar var. Bu varlıqlar insanlara görünmədən yaşamaqdadır. Vücud şəkilləri insanı xatırlatsa da, dəriləri ağ və ölçüləri normal insan ölçüsündən dəfələrlə böyükdür. Ningen varlıqları başqa bir dünyadan gəlib. Deyilənə görə, Ningenlər UNO-ların nəvəsidir və onlar tərəfindən qorunur.
Ningenlər 1962-ci ildə Rusiya sualtı qayığındakı əsgərləri tərəfindən Qara dəniz və Baykal gölündə görülüb. Onu yaxalamaq üçün suya tullanan 7 dalğıcdan 3-ü ölüb, 4-ü isə ağır yaralanıb. Deyilənə görə, dalğıclar suya tullanan zaman hansısa bir qüvvə onları sudankənara atıb.
Dünyada yaşayan canlıların əksəriyyətinin növləri hələ də aşkar edilməyib. Onların çox hissəsinin Okeanlarda yaşadığı deyilir. Ningenlər barəsində gəzən iddialar da elədir. Bu varlıqların yaşayıb-yaşamadıqları hələ də sirr olaraq qalır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub