Braziliyanın San-Paulu şəhərində yaşayan 24 yaşlı Cennifer Pamplona iki il ərzində özünü tamamilə "Barbi"yə bənzədib.
Gənc yaşda itirdiyi sevgilisinin vəsiyyətinə əsasən əməliyyat olunan Pamplona ümumilikdə 80 min funt-sterlinq (təxminən 182 min manat) xərcləyib.
O, açıqlaması zamanı belə deyib:
"Məqsədim tamamilə oyuncaq bir fiqura çevrilməkdir. İstəyirəm ki, hamı məni "Barbi"nin Braziliya versiyası olaraq tanısın".
Məktəbdə arıq olduğuna görə yoldaşları tərəfindən ələ salınan Cennifer ilk dəfə 17 yaşında estetik etdirərək sinəsini böyüdüb. O, daha sonra TV proqramında çalışmağa başlayıb və burada özünü "Barbi"nin sevgilisi "Ken"ə bənzədən Celso Santebanes ilə tanış olub. Celsonun leykoz xəstəliyindən gənc yaşda həyatını itirməsindən təsirlənən Cennifer onun vəsiyyətinə görə, "Barbi"yə bənzəmək üçün əməliyyat olumağı qərara alıb.


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub