Pakistanın şərqində benzin daşıyan maşın qəzaya uğrayıb, nəticədə yanğın baş verib. Yanğın nəticəsində ölənlərin sayı 173 nəfərə çatıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi yerli xəstəxananın nümayəndəsi, həkim Abdula Basitə istinadən məlumat yayıb.
Daha öncə 152 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Basitin sözlərinə görə, daha 37 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, hadisə bazar günü səhər saatlarında Pəncab əyalətində baş verib. Yerli sakinlər yanacaq yığmaq üçün aşan benzin daşıyan maşınının ətrafına toplaşıblar. Şahidlərin sözlərinə görə, bəziləri siqaret çəkiblər. Yanğın da bu səbəbdən başlayıb. Onlarla avtomobil, 75 motosiklet və dörd yük maşını alova bürünüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub