Tailandın Amnatçaren bölgəsinin sakinləri qeyri-adi xahişlə polisə müraciət ediblər.
Mynews.az teleqraf.com-a istinadən xəbər verir ki, kəndlilər polisdən onları bölgədə dolaşan ruhdan qorumağı xahiş ediblər.
Onlar bildiriblər ki, bu ruh insan və heyvan bədənlərinə girərək, qurbanlarını içəridən yeyir. Ruh artıq 4 heyvanı öldürüb, 4 kəndli isə ondan əziyyət çəkir.
Kəndlilər qorxularından növbə ilə keşik çəkməyə başlayıblar. Sakinlərin sözlərinə görə, ruh qadın cildində insanlara yaxınlaşır və onların bədəninə daxil olur.
Qeyd edək ki, bu, Tailandda birinci belə hal deyil. Yerli sakinlər bu ölkədə 20 fərqli ruhun yaşadığına inanırlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub