Yüksək rütbəli komandir böyük əməliyyatların nə vaxt başa çatacağını deyib
İŞİD terrorçu qruplaşmasının ən güclü olduğu İraqın Mosul və Suriyanın Rəqqa şəhərlərini 6 ay müddətinə ələ keçirəcəyik.
Bu sözləri ABŞ-ın İraqdakı yüksək rütbəli komandiri general-leytenant Stefan Tounsend deyib.
“Qarşıda duran 6 ayda həm Mosul, həm də Rəqqa əməliyyatları sona çatacaq”, - general-leytenant bildirib.
Xəbərə görə, ABŞ prezidenti Donald Trampın istəyi ilə ordu Mosul və Rəqqada İŞİD-ə qarşı aparılan mübarizəni sürətləndirmək üçün yeni plan hazırlanıb.
Tramp iqtidara gəlmədən öncə Mosul və Rəqqada İŞİD-ə qarşı mübarizənin 2 il davam edəcəyini demişdi. Lakin seçki kampaniyası zamanı Tramp bəyan etdi ki, İŞİD-i qısa müddətdə məhv etmək üçün planı var.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub